Gömrük orqanının vəzifəli şəxsin hərəkətinin qanunsuz hesab edilməsinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdik. Belə ki, 24.12.19-cu ildə Rusiyadan iddiaçının şəxsi istifadəsində olan Hyundai markalı avtomobilin təmiri üçün zəruri olan 1150 manat dəyərində ehtiyat hissələri gətirilmişdir. Buna baxmayaraq, gömrük orqanının vəzifəli şəxsi heç bir araşdırma aparmadan AR NK-nın 305 saylı qərarını əsas…